Dövlət: Müasir baxışlar

5-02-2018, 14:00
Oxunub: 484
"Dövlətə tabe olmaq üçün fərd ailə dəyərləri ilə iqtisadi həyatın ehtiyacları arasındakı sintezi anlamalıdır"


Hegel

19-cu əsr alman filosofu G.V.F.Hegel dövlətdə azadlıq anlayışını fərdlərin hüquq azadlığından daha çox, insan ağlının məhsulu kimi görürdü. Azadlıq kiminsə hər istədiyini etməsi deyil, azadlıq rifah uğrunda ümumi iradəni açıqlayır. İnsanlar əxlaq nümayəndələri kimi davrananda konflikt bitir və onların məqsədləri üst-üstə düşür. 

Dövlətə tabe olmaq üçün fərd ailə dəyərləri ilə iqtisadi həyatın ehtiyacları arasındakı sintezi anlamalıdır. Hegelə görə dövlət, seçim azadlığının rasional iradənin birliyinə gətirib çıxardığı, cəmiyyətin bütün təbəqələrinin ümumi rifahdan bəsləndiyi əxlaqi fəaliyyətin kulminasiyası idi.

Lakin, milli ehtirasın gücü Hegeli məst etmişdi. O, öz sələfi, konfliktlərin sonlanması və “əbədi sülh”ün yaranması üçün millətlərin birləşməsini təklif edən Kantın baxışları ilə razı deyildi.

Dövlət konsepsiyasına müasir baxışlar

20-ci əsrdə dövlət konsepsiyası dövlətin lazımsız, hətta icbari idarə formalarına görə ziyanlı hesab olunan anarxizmdən, vətəndaşlarının sağ qalmaqlarından məsul olan və onların mövcudluqlarına qarantiya verən sağlam dövlətə kimi sıralanmışdı. Milliyyətçilik meyilləri ilə baş verən dünya müharibələrinin səbəb olduğu dağıntılardan sonra Hans Kelsen və Oskar İkazo kimilərinin qloballaşma (beynəlmiləlləşmə) nəzəriyyəsi ortaya çıxmışdır. Kelsen dövləti fərdin suverenliyindən daha azad olmayan, sadə mərkəzləşmiş, qanuni nizam kimi ifadə edirdi, yalnız belə olarsa, o, öz varlığını və mövcudiyyətini qoruya bilər. Həmin dövlət həm də, bütün dünya ilə qarşılıqlı münasibətdə olmalıdır. İkazo isə bütün fərdlərin ümumi keyfiyyətlərinin birliyinin əsasını təmin edəcəyi, bütün cəmiyyətin yeganə orqanizm kimi fəaliyyət göstərəcəyi yeni bir dövlət forması təklif edirdi.

Tərcümə: Aytac Abbasova
Mənbə: Britannica.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti