Nazirlik: Bayıl sürüşmə zonasında vəziyyət sabitdir

5-02-2018, 11:34
Oxunub: 25
“Sakinlərin evlərinə nə zaman qayıdacağını yerli icra strukturları bilirlər"


“Hazırda Bayıl sürüşmə zonasında vəziyyət sabitdir, heç bir dəyişiklik yoxdur”.

Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, əraziyə qoyulan mayaklarda heç bir aktivlik qeydə alınmayıb: “Sakinlərin evlərinə nə zaman qayıdacağını yerli icra strukturları bilirlər. Biz təhlükəli ərazilərin dairəsini, topoqrafik xəritələri qeyd etmişik. Təhlükəli əraziyə daxil olan evlərdə yaşayan sakinlər müvəqqəti olaraq yaxınlıqdakı iki məktəbə köçürülüblər. Digərləri isə qohumlarının evində qalırlar”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti