ABŞ-da sərnişin və yük qatarları toqquşub

4-02-2018, 18:34
Oxunub: 175
Bir neçə vaqon relsdən çıxıb.


Bu gün yerli vaxtla saat 02.35 radələrində ABŞ-ın Cənubi Karolina ştatında sərnişin və yük qatarları toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Keysi şəhəri yaxınlığında baş verən qəza nəticəsində Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında olan 2 nəfər ölüb, 70-ə qədər insan xəsarət alıb.

Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Toqquşma nəticəsində 20 min litrə qədər yanacaq sızıb.  Bir neçə vaqon relsdən çıxıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti