Əfqanıstanda sutka ərzində azı 100 yaraqlı öldürülüb

4-02-2018, 14:47
Oxunub: 226
Hökumət qüvvələri arasında itkilər barədə məlumat verilmir.


Əfqanıstanın təhlükəsizlik qüvvələri son 24 saat ərzində ölkə ərazisində aparılan əməliyyatlar zamanı azı 100 yaraqlını zərərsizləşdiriblər.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Davlat Vaziriyə istinadən "Tolo News" telekanalı məlumat yayıb.

Asayiş keşikçiləri yaraqlılara qarşı əməliyyatları Faryəb, Qəndəhar, Qazni, Nanqarhar, Vardak və Loqar əyalətlərində aparıblar. Hərbçilərin hücumu nəticəsində həmçinin terrorçulardan silah götürülüb. Hökumət qüvvələri arasında itkilər barədə məlumat verilmir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti