Türkiyənin Afrində məhv etdiyi terrorçuların sayı 932 nəfərə çatıb

4-02-2018, 12:02
Oxunub: 444
"Zeytun budağı" əməliyyatı çərçivəsində daha 32 terrorçu məhv edilib


Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 32 terrorçunu məhv edib və öldürülən yaraqlıların sayı 932 nəfərə çatıb.

Report "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələri komandanlığının məlumatında bildirilir.

Aviasiyanın zərbələri nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına məxsus sığınacaq və silah-sursat anbarı kimi istifadə edilən 5 hədəfi məhv edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti