Türkiyə ordusu Afrində 897 terrorçu məhv edib

3-02-2018, 15:24
Oxunub: 117
“Zeytun budağı” əməliyyatı nəticəsində 897 terrorçu məhv edilib


Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 897 terrorçu məhv edilib.

Report xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutkada keçirilən əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 15 hədəf dağıdılıb.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti