Bitkoinin qiyməti 8 000 dollardan da aşağı düşüb

2-02-2018, 17:38
Oxunub: 83
Hazırda bitkoin 7 800 dollara satılır


"Bitcoin"in qiyməti hazırda 8 000 dollardan aşağı düşüb.

Report xəbər verir ki, hazırda bitkoin 7 800 dollara satılır. Kriptovalyuta bazarında kəskinləşən satışlar bazarın kapitallaşmasının da 348 mlrd. dollara geriləməsinə səbəb olub.

Bununla da bitkoin tarixi rekord səviyyədən 2,6 dəfə ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması isə 2,4 dəfə aşağı düşüb. Qeyd edək ki, bu qiymət bitkoinin 2017-ci il noyabrın 19-dan sonra gördüyü ən aşağı səviyyədir. Xatırladaq ki, kapitallaşmasına görə ikinci sırada olan "Ethereum" 750 dollara, "Ripple" isə 0,63 dollara satılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti