"Brexit" üzrə danışıqların yeri və vaxtı məlum olub
2-02-2018, 17:37
Oxunub: 212
"Bu, Böyük Britaniya və Aİ arasında yeni tərəfdaşlıq qurmaq üçün işlərimizdə mühüm növbəti addımdır"
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxış məsələləri üzrə naziri Devid Devis və Aİ-nin "Brexit" üzrə danışıq aparan əsas nümayəndəsi Mişel Barnye fevralın 5-də Londonda Böyük Britaniyanın Avropa İttifaqındakı üzvlüyünün dayandırılması şərtlərini müzakirə edəcək.Report TASS-a istinadən xəbər verir ki, bu barədə D.Devis "Twitter" səhifəsində yazıb.
"Bu, Böyük Britaniya və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq qurmaq üçün işlərimizdə mühüm növbəti addımdır", - o yazıb.
Qeyd edək ki, bu gün Birləşmiş Krallığın baş naziri Tereza Mey BBC-yə müsahibəsində Böyük Britaniyanın Aİ ilə martın ikinci yarısında "Brexit"dən sonra keçid dövrünün şərtləri üzrə saziş imzalayacağına əminliyini ifadə edib.