“Brexit”dən sonra Britaniyaya Aİ vətəndaşlarının səfəri çətinləşəcək

1-02-2018, 19:13
Oxunub: 184
Britaniya hökumət sözcüsü bildirib


Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”dən sonra ölkəyə gələcək Aİ vətəndaşlarının hüquqlarını məhdudlaşdırmaq istəyir.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniya hökumət sözcüsü bildirib.

“Britaniyaya 2019-cu ilin martına qədər gələn Aİ vətəndaşları ötən ilin dekabr ayında imzalanan sazişdəki hüquqlara sahib olacaq. Lakin icra müddətinin sonunda ölkəyə daxil olan şəxslərin hüquqları müzakirə mövzusudur”, - deyə sözcü qeyd edib.

“Mart 2019-dan sonra gələcək vətəndaşlara yanaşma müxtəlif olacaq, çünkü onlar Avropa İttifaqına üzv olmayan bir ölkəyə gələcəklər”, - deyə T. Mey Çinə səfəri ərəfsində bildirib.

“The Financial Times” qəzetinin yazdığına görə, T. Mey Avropa Birliyi ilə müzakirə mövqeyini sərtləşdirməyi planlaşdırır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti