Nazir iclasa gecikdiyinə görə istefa verdi - Video

1-02-2018, 18:56
Oxunub: 640
"Mənə ehtiyac olan vaxtda iclasa gecikmişəm və xəcalət çəkirəm"


İngiltərənin baş naziri Tereza Meyin keçirdiyi iclasa gecikən nazir Maykl Beyts elə iclas zamanı istefa verib.

Etatist.com xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Nazir iclasa gecikdiyinə görə utandığını bildirib:

"Mənə ehtiyac olan vaxtda iclasa gecikmişəm və xəcalət çəkirəm. Buna görə də elə burada istefa verdiyimi bildirirəm".

Bundan sonra zalı tərk edən Beytsin bu hərəkəti həmkarlarını şoka salıb. Onlar nazirin belə radikal addım atmağını etirazla qarşılayıblar. Videodan da göründüyü kimi bir neçə həmkarı onu dayandırmağa çalışır.

Lakin baş nazir onun istefasını qəbul etməyib və lord Beyts yenidən vəzifəsinə qayıdıb.

Həmin görüntüləri təqdim edirik:
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti