Parlamentin yaz sessiyasının ilk plenar iclası başlayıb

1-02-2018, 12:18
Oxunub: 303
Plenar iclasın gündəliyinə 15 məsələ daxildir


Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası başlayıb.

Report-un xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın dövlət himni səsləndirilib.

Plenar iclasın gündəliyinə 15 məsələ daxildir.

Bunlar "Sosial sığorta haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Peşə təhsili haqqında", “Dərman vasitələri haqqında”, “Terrorçuluğa qarşı mübarizə", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunlara, İnzibati Xətalar, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi və Milli Məclisin 2018-ci ilin yaz sessiyası üçün qanunverici işlər planı təsdiqlənəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti