İranda “quş qripi”nə görə 21 milyon toyuq məhv edilib

1-02-2018, 11:21
Oxunub: 86
İranın 16 əyalətində “quş qripi” müşahidə edilib


İranda “quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq  məhv edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu  İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib.

Ə.Rafiipur qeyd edib ki,  bu günə qədər 421 mərkəzdə “quş qripi” virusu aşkarlanıb. Bir çox ölkələrin “quş qripi” ilə  mübarizə apardığını deyən Ə.Rafipur qeyd edib ki, İranın 16 əyalətində “quş qripi” müşahidə edilib. 

Məhv edilən toyuqların 73 faizinin yumurtalayan toyuqlar olduğunu açıqlayan Ə.Fariipur Qum, İsfahan və Yəzd əyalətlərində “quş qripi”nə yoluxma hallarının daha çox müşahidə olunduğunu vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti