Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib

31-01-2018, 17:03
Oxunub: 245
İclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub


Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.

Palatadan APA-Economics-ə verilən məlumata görə, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. 

- Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və xidmət tərəfindən büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair;

- Vergilər Nazirliyinin 13 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub, müvafiq qərarlar qəbul edilib.

İclasda cari ilin 15-26 yanvar tarixlərində Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində “Fiskal bazalar” mövzusunda keçirilən təlimdə iştirakı barədə Hesablama Palatasının İcmal-analitik şöbəsinin İcmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyevin məlumatı dinlənilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti