"Regionlarda üçulduzlu hotellərin tikintisinə üstünlük verilir"

31-01-2018, 11:35
Oxunub: 258
"Yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir"


"Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq, üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir: "Turizm zonalarının layihələndirilməsi işləri bu ilin sonuna kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır".

Ə. Qarayev əlavə edib ki, son zamanlar regionlarda 3 ulduzlu hotellərin tikintisinə daha çox üstünlük verilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti