Afrində 12 gündə 712 terrorçu məhv edilib

31-01-2018, 11:32
Oxunub: 89
Əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri məhv edilib


 Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 712 terrorçu məhv edilib.

Report TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib. Əməliyyatın 12-ci günündə isə 63 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı yanvarın 20-də başlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti