Bitkoinin qiyməti yenidən 10 000 dollardan aşağı enib

31-01-2018, 10:30
Oxunub: 264
Kriptovalyuta bazarının kapitallaşması 500 mlrd. dollardan aşağı enib.


Qlobal bazarda bitkoinin qiyməti yenidən 10 000 dollar səviyyəsindən aşağı enib. 

Report xəbər verir ki, bitkoinlə yanaşı, kriptovalyuta bazarında əksər valyutaların qiymətində azalma müşahidə olunub. Nəticədə, kriptovalyuta bazarının kapitallaşması 500 mlrd. dollardan aşağı enib.

Qeyd edək ki, bitkoin yanvarın 17-də 9 644 dollar səviyyəsinə geriləyərək 10 000 dollardan ucuz satılıb. Bitkoinin tarixi rekord qiyməti isə dekabrın 17-də 20 078 dollar səviyyəsində qeydə alınıb. Kriptovalyutaların ucuzlaşmasına səbəb yanvarın 26-da Yaponiyanın "Coincheck" birjasına haker hücumu olub. Belə ki, hakerlər 400 mln. dollarlıq NEM rəqəmsal valyutası oğurlayıblar. 

Xatırladaq ki, NEM 6,6 mlrd. dollarlıq kapitallaşma ilə bazarda 10-cu sırada yer alır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti