""Brexit"-dən sonra Britaniyanın ən böyük ticarət tərəfdaşı ABŞ olacaq"

29-01-2018, 11:00
Oxunub: 140
Bunu D.Tramp Britaniyanın ITV telekanalına müsahibəsində bildirib


ABŞ prezidenti Donald Tramp bildirib ki, Aİ-dən çıxdıqdan sonra ("Brexit") Britaniyanın "ən möhtəşəm ticarət tərəfdaşı" ABŞ olacaq.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp Britaniyanın ITV telekanalına müsahibəsində bildirib. 

ABŞ prezidenti əlavə edib ki, əgər o Britaniyanın baş naziri Tereza Meyin yerində olsaydı, Aİ-dən çıxma üzrə danışıqları daha sərt aparardı.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti