Lev Tolstoy - Həyat haqqında

28-01-2018, 14:00
Oxunub: 176
"Əgər səhvlərini düzəltməsən, bilməlisən ki, sən istəməsən də, bunu ölüm edəcək"


Tarixin ən məşhur yazıçılarından bir çoxu gündəlik tutmağın faydalı olduğunu deyib, lakin heç biri Lev Tolstoy (1828-1910) qədər bunu böyük bir aclıqla etməyib.

Gündəliyi Tolstoyun gənclik illərində əxlaqi və ruhi inkişafının bir qeydi idi. Gündəliyinin səhifələrində öz üzərində çalışıb məqsədini tapmışdı. Qocalıq dövründə isə gündəlikləri Tolstoyun mövcudluğunun mənası üzərində birbaşa düşünmə vasitəsi halına gəldi. Belə ki o, uzun, qüsurlu, lakin çox canlı bir həyatdan toplanmışdı. Bu dərin fikirlərin son ili Leon Stilman tərəfindən ingilis dilinə tərcümə olundu və mədəniyyətimizin yetişdirdiyi psixoloji baxımdan ən anlayışlı və mərhəmətli yazıçılardan birinin müdrikliyinin son kitabı olaraq “Last diaries” (Sonuncu gündəliklər) adı ilə ölümündən sonra nəşr olundu.

Ölümündən beş ay əvvəl 1930-cu il 30 iyunda yazmağa başladığı gündəliklərində 30 illik xatirələrində məna arayışı ilə yaşamağın xilaskaredici zərurətini araşdırıb bunları yazdı: "Pislik yoxdur. Həyat bir nemətdir. Əgər belə deyilsə, bil ki, bunun səbəbkarı sənsən və səhvini düzəltmək, səhvini düzəltməyin sevincinə sahib olmaq üçün (ən böyük nemət) sənə kifayət qədər vaxt verilib. Zamanın yeganə səbəbi budur. Əgər səhvlərini düzəltməsən, bilməlisən ki, sən istəməsən də, bunu ölüm edəcək”.

Bəli, həyat bir nemətdir. Pislik yoxdur. Yalnız bizim səhvlərimiz, ümumi və şəxsi səhvlərimiz var. Biz yalnız onları düzəltdiyimiz zaman xoşbəxt ola bilərik. Yanlışların düzəldilməsi ən böyük sevincdir. Tolstoydan otuz il əvvəl, onun yerlisi və müasiri Fyodor Dostoyevski də öz gündəliyində belə bir fikri dilə gətirmiş və nə üçün pis insan olmadığı haqqında düşünmüşdür. Onun kimi Tolstoy da səhvlərimizin və zərərli əməllərimizin pis təbiətimizdən deyil, qəlbimiz və beynimizdən gələn pis vərdişlər olduğunu düşünürdü. "Ağıl və sevgi, insan təbiətinin tələbatını xarakterizə edir. Onların zərurətləri vərdişin tələblərinə tabe olmamalıdır. Əksinə, ağıl və sevginin zərurətlərinə əsaslanaraq vərdişlər yaranmalıdır".

Tolstoy Martin Lüter Kinqdən yarım əsr əvvəl onunla eyni düşüncə xəttindən gedərək insan həyatına istiqamətverici qüvvə olan sevgi haqqında yazmışdı: "Həyatımız bir qaneolma axtarışıdır. Sağlamlıq, sərvət, ehtiras, şöhrət, şərəf, güc kimi orqanizmin istəklərini təmin edən fiziki xoşbəxtliklər var. Bütün bu istəklət bizim iradəmizin xaricindədir, hər an ölümlə əlimizdən alına bilər və hamı tərəfindən əlçatan deyil. Ancaq başqa bir məmnuniyyət növü də var: Mənəviyyat- başqalarına qarşı olan sevgi hər zaman nəzarətimizdədir, ölümlə əlimizdən alına bilməz və sevgi ilə də ölə bilərik. Hamı tərəfindən əlçatan olduğuna görə bunun üçün nə qədər çox insan yaşasa, o qədər çox xoşbəxtlik yaranacaq". Tolstoy bunları da əlavə edir: "Ən yaxşı bildiyimiz şeyin əslində, ən az anladığımız şey olduğu qəribə deyilmi? Və ya daha doğrusu, haqqında heç nə anlamadığımız şey, eyni zamanda ən yaxşı bildiyimiz şeydir: Ruhumuz".

Müəllif: Maria Popova
Mənbə: Brainpickings
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti