Yəmən sahillərində miqrantları daşıyan qayıq aşıb, 30 nəfər batıb

26-01-2018, 16:33
Oxunub: 200
Somali və Efiopiyadan olan miqrantları daşıyan qayıq yanvarın 23-də Ədən körfəzindən Cibutiyə doğru yola çıxıbmış


 Yəmənin Ədən şəhəri yaxınlığında göyərtəsində 152 miqrantın olduğu qayığın aşması nəticəsində azı 30 nəfər dənizdə batıb.

Bu barədə Report Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT) istinadən xəbər verir.

"Güman ki, qayıq qaçqın və miqrantları Cibutiyə aparmaq, eyni zamanda da onlardan daha çox pul qoparmağa çalışan qaçaqmalçılar tərəfindən idarə olunub", - BMqT-dən bildiriblər.

Sağ qalanların məlumatına görə, Somali və Efiopiyadan olan miqrantları daşıyan qayıq yanvarın 23-də Ədən körfəzindən Cibutiyə doğru yola çıxıbmış.

Eyni zamanda qayığın sərnişinlərinə atəş açılması barədə məlumat var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti