“Bayıl yamacında çökmə prosesi gedir”

26-01-2018, 15:21
Oxunub: 198
Teleqüllə sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir


“Hazırda Bayıl yamacında tərəfimizdən geofiziki kəşfiyyat işləri aparılır, sürüşmənin baş vermə səbəbləri araşdırılır. Bir növ ərazidə aidiyyəti qurumlar tərəfindən görüləcək işlər üçün geoloji əsas hazırlanır”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

Onun sözlərinə görə, sürüşmə sahəsində quraşdırılmış üfüqi mayaklarda çatlar əmələ gəlib və ərazidə çökmə-oturma prosesi gedir.

Ekspedisiya rəisi qeyd edib ki, elektrik kəşfiyyat üsulundan (ŞEZ) istifadə edilməklə, prosesin hansı dərinlikdə getdiyini öyrənmək üçün işlər həyata keçirilir.

Qeyd edək ki, Teleqüllə sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti