Qadınların inkişafına mane olan 3 patriarxal inanc

26-01-2018, 14:30
Oxunub: 1353
"Bir qadının söyləmək istədiklərini dinləmədən ona edilən yardım sadəcə boş yerə göstərilmiş bir səy olacaq"


Patriarxiya (Ataxaqanlığı) qadınlara qarşı tətbiq olunan sosial tətbiqlərin bərabərsizliyinə əsaslanan bir ideologiya kimi təsvir edilə bilər. Bəs yaxşı, bu ictimai qaydalar və mənimsənilən inanclar qadın cinsinin inkişafında təsirli ola bilərmi? Biz hələ də patriarxal olan cəmiyyətimizin, üstümüzdəki təsir gücünə görə bir qadın kimi fiziki əziyyət çəkirikmi?

Dr. Kristina Norsrapın “Women’s Bodies, Women’s Wisdom” (“Qadınların bədəni, qadınların müdrikliyi”) adlı kitabında, tənqidi formada yanaşmadığımız və bizə miras qalan, şüursuz şəkildə özünküləşdirdiyimiz patriarxal düşüncələri dəyişdirmədikcə qadınların inkişafının mümkün olmayacağından bəhs edir.

Kristina Norsrap- “Şüur bədəni yaradır”

İlk olaraq, Qərb mədəniyyəti, digər anlaşılmazlıqlar kimi, Həvva tərəfindən təmsil edilən qadın bədənini və seksuallığını insanlığın aşağı səviyyəyə enməsindən məsul tutaraq, yəhudi-xristian fikirlərindən  ilhamlanmışdır.

Xəstəliklə əlaqədar olaraq, Norsrap bir-birimizə pis rəftar etməyin də biz qadınlara mənfi təsir göstərə bilməsinə səbəb olacağını vurğulayır. O, həmçinin,  xəstələndiyimiz zamanlarda belə, bizə bədənimizi daima  pisləyən (alçaldan)  patriarxal  bir tibbi sistem tərəfindən müdaxilə olunduğunu da söyləyir. Kristina uyğun bir şəkildə özümüz kimi olmağı əngəlləyən üç təməl patriarxal inancı vurğulayır:

İlk inanc: Xəstəlik düşməndir

Bu düşüncə bizə bədənimiz tərəfindən eşitmək istəmədiyimiz mesajları göndərdiyi zaman onu düşmən olaraq görməyimizə səbəb ola biləcəyindən bəhs edir. Bu amil bədənimizi hər zaman yüksək bir zövq mənbəyi zənn edib,  görməzdən gəlməyimiz səbəbi ilə böyük bir acı yarada bilər. Müəllifin sözlərinə görə, bədənimizi, gətirdiyi xəbərlə birlikdə xəbərçi olaraq öldürmək, sahib olduğumuz mədəniyyətin təbii halı ilə əlaqədardır.

Ancaq bədənimiz, onu dinlədiyimiz müddət ərzində sahib olduğumuz ən yaxşı müalicə sisteminə çevrilə bilər. Bədənimizin hərəkətləri cinsi əlaqəyə girmədən belə, daha yaxşı, daha canlı və daha enerjili olmağımızı təmin edən endorfin hormonunu tənzimləyə bilər.
                                      

Qadınların inkişafına mane olan 3 patriarxal inanc

İkinci inanc: Tibb elminin gücü hər şeyi etməyə qadirdir

Bu inancın özəyi “tibb tanrıları” tərəfindən inanmağımız üçün beynimizin yuyulmuş olması haqqındakı miflərə əsaslanır. Bu isə həkimlərin bizim bədənimiz haqqında bizdən daha çox məlumatlı olmaqlarına və təkcə, onların bizi sağalda bilmək gücünə sahib olduqlarına inandığımızı göstərir.

Beləliklə, hər qadının özü haqqında daha çox məlumat toplamaq qabiliyyətinə sahib olduğu həqiqətini unutmuş oluruq. Bəli, həkimlər bu mövzuda bizə yetərincə fayda göstərə bilərlər, lakin bir qadının söyləmək istədiklərini dinləmədən ona edilən yardım sadəcə boş yerə göstərilmiş bir səy olacaq.

Üçüncü inanc: Qadın bədəni anormaldır

Qadın bədəninə qarşı patriarxal önyarğı bir çox insanın öz bədəni və bədənindəki təbii proseslərdən qorxmasının, hətta iyrənməsinin başlıca səbəbidir. Kristina Norsrap kitabında bizə heç bir elmi işin bir vücudun niyə ve necə müəyyən şəkildə hərəkət etdiyini bütün vasitələr ilə izah edə bilməyəcəyini qətiyyətlə açıqlayır.

Bu baxımdan, təcili tibbi yardım həkimi  Alison Makqreqor ABŞ-dakı dərmanların 80%-nin geri toplanma səbəbi kimi qadınların məruz qaldığı əlavə təsirlər olduğunu açıqlayır. Bütün bunlara səbəb kimi tibbi işlər üçün laboratoriyalarda istifadə edilən heyvanların və təbii ki, hüceyrələrin erkək olması və  beləliklə də, təkcə kişi cinsini əks etdirən tibbi araşdırmalara istinad edilməsi  göstərilir.

Patriarxal inanclar nəticəsində mənəvi pozulma

Patriarxal mədəniyyət bədənimiz və ruhumuz üzərində ciddi təsirlər yaradan bəzi vərdişləri şüursuzca qazanmağımıza səbəb olduğuna görə, bizimlə nələr baş verdiyini anlaya bilmək üçün duyğularımıza bağlanmaqdan da yayındırır. Bundan əlavə, patriarxal bir cəmiyyət inkar etməklə və ya görməzdən gəlməklə qadınların duyğularını baltalayır və bununla da, qadınların öz bədənlərini qəbul etmək baxımından mənfi təsirlər yaratmış olur.

Bir çox qadın öz duyğularını ifadə etmək baxımından ciddi qəbul edilməmək və ya zəif görünmək riskinə görə utanc hissi keçirə bilər. Bu əlaqənin kəsilməsi, ona bağlı qaldığımız müddət ərzində daha çox acı çəkməyimizə səbəb olur.
                                     

Qadınların inkişafına mane olan 3 patriarxal inanc

Patriarxal inanclarla necə mübarizə aparmaq lazımdır?

Həyatda və daha dəqiq desək, sağlamlıq mövzusunda müsbət irəliləyişə doğru atılacaq ilk addım, mövcud təcrübələrə ad verərək, emosional, fiziki və mənəvi olaraq hiss edə bilmək üçün özümüzə şans verməkdir. Emosional ağrılarımızı qəbul edib, axışa buraxdığımız zaman hisslərimizə köklənirik. Bu hisslərlə müəyyən, xüsusi ehtiyaclarımızı kəşf edə bilərik.

Bundan başqa, bu sıxıntılardan və bundan dolayı yaranmış narahatçılıqdan qurtularaq, bədənimizin özünü sağalda bilməsi üçün ehtiyac duyduğu enerjini yenidən bərpa edə bilərik. Bu patriarxal inancların əvəzinə, qadın bədəninin dirəniş göstərməsi və sağalması, başqa bir sözlə desək, özünü sağalda bilmək kimi çox önəmli bir qabiliyyəti olduğundan bəhs edən daha faydalı inancları mənimsəmək çox böyük önəm kəsb edir.

Tərcümə: Xəyalə Vahabzadə
Mənbə: aklınızıkesfedin.com
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti