ECB uçot dərəcəsini sabit saxlayıb

25-01-2018, 17:23
Oxunub: 381
Qərar avronun məzənnəsinə təsir etməyib


Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin hazırkı - 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.

Report "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəli iclasda ECB monetar stimullaşdırmanın məbləğini  2 dəfə azaldaraq 60 mlrd. avrodan (74,4 mlrd. dollar) 30 mlrd. avroya (37,2 mlrd. dollar) endirib və müddətini 9 ay uzadıb. 

Bugünki iclasla bağlı ECB-nin sədri Mario Draginin iclasla bağlı açıqlama verəcəyi gözlənilir. Hələ ki, qərar avronun məzənnəsinə təsir etməyib. Hazırda USD/EUR nisbəti 1,24-dür. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti