MM-də əlilliyi olanlarla bağlı yeni qanun layihəsi müzakirə olunub

25-01-2018, 17:09
Oxunub: 77
Yeni qanun layihəsi 8 fəsil 40 maddədən ibarətdir


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 
 
APA-nın məlumatına görə, yeni qanun layihəsi 8 fəsil 40 maddədən ibarətdir.
 
Qanun layihəsində inklüziv təhsilin (əlilliyi olan şəxslərin təhsil müəssisələrində digərləri ilə birgə təhsil alması), əlilliyi olan şəxslərin abilitasiyası (onların mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşaması), əlillərlə bağlı yeni dövlət proqramının hazırlanması, əlilliyi olan şəxslərin dövlət təşkilatlarında işlə təminat üçün kvotaların ayrılması və sair məsələlər yer alıb.

Layihə müzakirə olunduqdan sonra komitə sədri Hadi Rəcəbli bildirib ki, bu, ilk oxunuş-konseptual oxunuşdur və üzərində müəyyən işlər görüləcək. 
 
MM-in plenar iclasına tövsiyə olunmayan layihə fevralın 13-dək işlənməsi üçün yenidən müvafiq şöbəyə qaytarılıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti