“Ülgücün üzəri ilə qaçan”: Robotlar, yoxsa biz insanlıqdan daha uzağıq?

25-01-2018, 14:00
Oxunub: 1232
"İnsani duyğulardan məhrum bir replikant belə bir qadının ölümünə kədərlənə bilirsə, biz nəyə görə ikrah hissi keçiririk?"


Texnologiyanın həyatın əsas parçasına çevrildiyi və getdikcə özümüzdən uzaqlaşmağımıza səbəb olduğu bir dövrdəyik. Çünki media bizə davamlı olaraq o qədər çox yoxsulluq, müharibə, aclıq, cinayət və nifrət xəbərlərini göstərir ki, artıq empatiya qurmağa qarşı immunitetimiz yaranır.

Buna görə modern cəmiyyətə veriləcək ən vacib sual, texnologiyanın hökm sürdüyü dünyada insanlığımızın necə qorunacağıdır. “Ülgücün üzəri ilə qaçan” bu fenomenin cavabını tapmaq üçün replikantları (android – robot) bir vasitə olaraq istifadə edir. Replikantlar insan kimi görünür, insan kimi davranırlar. Ancaq onları insanlardan ayıran tək şey empatiya hisslərinin olmamasıdır.

Bizlərin də gündən-günə hissizləşdiyi fikri filmdə vuayerizm (soyunan şəxsləri gizlicə izləmək, bundan həzz almaq) vasitəsilə göstərilib. Bu da replikantların göstərdikləri sevgi, azadlıq istəyi, insanlıq kimi “birgəlik” anlarını izləyərkən bizim onları da hər hansı bir müşahidə obyekti kimi görməyimizə səbəb olur.

Replikant Zoranın ölüm səhnəsində, ağır hərəkətlərlə vitrindəki manekenlərlə toqquşması izləyicinin onu da cansız və aşan başqa bir maneken kimi görməsini, bu səbəbdən də ölümündən ötrü kədərlənməməsini təmin edir. Eynilə Pris də yerdə çırpınaraq öldüyü halda, qəribə bir şəkildə təsvir edilərək insanlıqdan uzaqlaşdırılır. Bu da empatiyanı sıradan çıxarır.
                      “Ülgücün üzəri ilə qaçan”: Robotlar, yoxsa biz insanlıqdan daha uzağıq?

Buna oxşar səhnələrin arasında replikantlar bir-birilərinə saf sevgi və qayğı göstərir, toplum kimi davranır, bir-birilərini qorumağa çalışırlar. Roy Prisin cəsədini tapanda empatiya qura bilmədiyini inkar edərmişcəsinə kədərdən pərişan olur. Bu səhnələrdən sonra film sanki bizə bu sualı verir: İnsani duyğulardan məhrum bir replikant belə bir qadının ölümünə kədərlənə bilirsə, biz nəyə görə ikrah hissi keçiririk? Yoxsa bu vəziyyət bizim bu robotlardan daha az “insan” olduğumuza işarə edir?

“Ülgücün üzəri ilə qaçan” bizi insan edən xüsusiyyətin empatiya və ya ümumilikdə hisslər olduğu fikri ilə başlayır. Replikantlarda bu kimi hisslərin inkişafını görmək, Dekardda emosional reaksiya yaranmasına səbəb olur. Bu da artan texnoloji yeniliklərin, ağlı hər şeydən üstün tutaraq, bir-birimizdən uzaqlaşmağız nəticəsində empatiya hissini itirməklə, bizi insan edən dəyəri itirə bilməyəcəyimizə dair cəmiyyətə ünvanlanmış bir xəbərdarlıqdır.
Müəllif: Laura Potier
Tərcümə: Elvin Mahmudov
Mənbə: "The National Student"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti