AMB-nin notlarına tələb təklifi 53% üstələyib

24-01-2018, 17:37
Oxunub: 129
Notların ödəmə tarixi 21 fevral 2018-ci ildir


 Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100467S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Report BFB-yə istinadən xəbər verir ki, hərraca 14 investor qiyməti 98,862 manat (14,8%) – 98,9998 manat (12,99%) olan 18 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 381 621 400 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,9093 manat (14,18%), orta ölçülmüş qiyməti isə 98,9219 manat (14,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 250 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 21 fevral 2018-ci ildir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti