"AŞPA-nın prezidentindən gözləntilərimiz islahatların aparılmasıdır"

24-01-2018, 10:46
Oxunub: 329
"Biz Avropa Şurasında işlədiyimiz üçün buranın nöqsanlarından agahıq"


"Bizim AŞPA-nın yeni seçilmiş prezidentindən gözləntilərimiz islahatların aparılmasıdır".

Bunu Report-un Qərbi Avropa bürosuna açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. 

"Mikele Nikoletti Avropa Şurasında çox böyük nüfuza və təcrübəyə malik insanlardandır. O, AŞPA prezidentliyinə yeganə namizəd oldu və yekdilliklə qəbul edildi. Bu missiyanı həyata keçirməyə başqa namizəd yox idi. Bizim AŞPA-nın yeni seçilmiş prezidentindən gözlədiyimiz islahatların aparılmasıdır. Avropa Şurasında islahatlar dövrü çoxdan başlamalı idi. Burada islahatlara ehtiyac çox böyükdür. Bunu Azərbaycan nümayəndə heyəti dəfələrdə onların nəzərinə çatdırıb.

Hesab edirəm ki, böyük nüfuza, təcrübəyə və yüksək intellektual səviyyəyə malik AŞPA-nın yeni prezidenti bu islahatları həyata keçirməyə nail olacaq", - S.Seyidov əlavə edib.

S.Seyidov deyib ki, bu islahatlar yalnız Avropa Şurasında deyil, digər beynəlxalq təşkilatlarda da həyata keçirilməlidir: "Biz Avropa Şurasında işlədiyimiz üçün buranın nöqsanlarından agahıq. Bəzi ölkələr öz üzvlük haqlarını verməkdən imtina edirlər. İkili standartlar mövcuddur. Qeyri-obyektiv yanaşmalar var. Təbii ki, bütün bunlar əbəs yerə yaranmır. Bu təşkilatın tərkibində bir böhran var və bundan yeganə çıxış yolu islahatların həyata keçirilməsidir".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti