Naxçıvandan jurnalistlərin döyülməsi barəsində açıqlama

11-12-2012, 13:17
Oxunub: 985


Dövlət Gömrük Komitəsinin mətbuat xidməti  Naxçıvanda jurnalistlər İlqar Nəsibov və Elman Abbasovu döyülməsi ilə bağlı rəsmi açıqlama verib. Bunu "Qafqazinfo”nun AzərTac-a istinadən verir. 

 

Komitənin mətbuat xidməti bu məlumatları əsassız adlandıraraq qeyd edir ki: "Son günlər Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna (RATİ) və "Turan” İnformasiya Agentliyinə istinadən bəzi kütləvi informasiya vasitələrində guya bir qrup jurnalistin və Azərbaycan Respublikası vətəndaşı Qurbanov Məmməd Məmməd oğlunun Sədərək Gömrük İdarəsində hücuma məruz qalması ilə bağlı əsassız, yalan və böhtan dolu məlumatlar yer almaqdadır. 


Yayılmış əsassız məlumatlara cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti bildirir ki, vətəndaş Məmməd Qurbanov bundan öncə də dəfələrlə gömrük qayda və qanunlarını pozmaqla özünə asan qazanc yolu açmağa çalışıb.

2012-ci il dekabrın 8-də Naxçıvan şəhər sakini Məmmədov Nadir Əli oğlunun Türkiyə Respublikasından gətirdiyi 2510 kiloqram süd və süd məhsulları, 100 kiloqram müxtəlif qənnadı məhsulu, 400 kiloqram dondurulmuş balıq, 70 kiloqram kartofa görə qanunvericiliyə əsasən müvafiq müşayiət sənədləri (bağlanmış müqavilə, malın mənşəyini təsdiq edən sənəd, malın fitosanitar sertifikatı, malın uyğunluq sertifikatı, malın baytarlıq sertifikatı) tələb olunub, bu sənədlərin heç biri təqdim olunmadığından malların buraxılışına icazə verilməyib. Bu səbəbdən qeyd olunan mallar müvəqqəti saxlanca götürülüb. Bundan sonra vətəndaş Məmməd Qurbanov özlərini jurnalist və hüquq müdafiəçisi hesab edən Elman Abbasov və İlqar Nəsibovla birgə Sədərək Gömrük İdarəsinə gəliblər. Daha sonra daşıyıcı Məmmədov Nadir Əli oğlunun vətəndaş Məmməd Qurbanovun yaxın qohumu - kürəkəni olduğu ortaya çıxıb. Qanunvericiliyin tələblərinə məhəl qoymayan mal sahibləri gömrük orqanının vəzifəli şəxslərinə qarşı nalayiq hərəkətlər edib, idarənin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə və yük şöbələri əməkdaşlarının üzərinə bıçaq çəkib, yaranmış insident nəticəsində həmin vaxt gömrük nəzarəti zonasında fəhlə işləyən Mahmudov Siyafər Xudakərim oğlu əlindən bıçaq xəsarəti alıb. Faktla bağlı aidiyyəti üzrə cinayət işi başlanıb”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti