BFB-nin sədri Londonda səfərdədir

23-01-2018, 18:18
Oxunub: 257
Londonda səfərdədir


“Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov Böyük Britaniyanın paytaxtı Londonda səfərdədir.

Report BFB-yə istinadən xəbər verir ki, səfər zamanı London Fond Birjası ilə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara təqdim edilməsi hüquqi bazanın öyrənilməsi və xarici investorların kapital bazarlarına çıxarılması üçün post ticarət institutları arasında əlaqələrin qurulmasına dəstək göstərilməsi, eləcədə London Fond Birjasının həyata keçirdiyi “Elite” proqramının “Listinq Məsləhət Proqramı” ilə inteqrasiyasi yollarının müəyyən edilməsi və yerli kapital bazarlarında tətbiq edilməsi ətrafında müzakirələr aparılıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti