Odessa limanına 84,8 min ton Azərbaycan nefti çatdırılıb

23-01-2018, 18:02
Oxunub: 246
Bu həcm 2018-ci ildə çatdırılan ilk partiyadır


Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 84,841 min ton Azərbaycan nefti çatdırılıb.

Report “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasından bildirilib.

Bu həcm 2018-ci ildə çatdırılan ilk partiyadır.

Azərbaycan nefti Malta bayrağı ilə üzən “Seadelta” tankerində Odessa limanına daşınıb və yanvarın 9-da yük boşaldılıb. Məlumatda deyilir ki, Azərbaycan nefti Supsa limanından (Gürcüstan, Qaradəniz) yola salınıb.

Qeyd edək ki, 2016-cı ilin sonunda “Ukrtatnafta” (zavodun operatoru) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kremençuq zavodunda emal üçün illik 1,3 mln. ton həcmində xam neft tədarükü ilə bağlı saziş imzalayıb. Bu çərçivədə “Ukrtransnafta” Odessa-Kremençuq neft kəmərini Azərbaycan nefti ilə doldurub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti