"Azərişıq" borca görə AMEA-nın işığını kəsib

23-01-2018, 16:22
Oxunub: 94
"Akademiya artıq borcunu tam şəkildə ödəyib və elektrik enerjisi bərpa olunub"


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonunda yerləşən əsas binasına elektrik enerjsinin verilişi dayandırılıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Report-un sorğusuna cavab olaraq bildirib ki, buna səbəb qurumun elektrik enerjisinə görə 22 965 manat borcunun olmasıdır.

O qeyd edib ki, Akademiya artıq borcunu tam şəkildə ödəyib və elektrik enerjisi bərpa olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti