"Bitcoin" 5 səbəbdən "çökə" bilər

23-01-2018, 15:47
Oxunub: 96
Analitiklər "bitcoin"in perpektivləri ilə bağlı bədbin əhval-ruhiyyədə olduqlarını bildirirlər


Dünyada ən populyar rəqəmsal valyuta olan "bitcoin" ötən ilin sonunda 20 000 dollara qədər bahalaşdıqdan sonra hazırda pik həddən 50% ucuz, 10 500 dollara satılır. 

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, əgər o vaxt məcmu kriptovalyuta bazarının kapitallaşmasında "bitcoin"in xüsusi çəkisi 85% idisə, hazırda 34%-ə düşüb.

Analitiklər "bitcoin"in perpektivləri ilə bağlı bədbin əhval-ruhiyyədə olduqlarını bildirirlər. Buna 5 səbəb göstərilir:

1) Aşağı sürətli tranzaksiyalar - 1 saniyə ərzində həyata keçirilən əməliyyatların sayının azalması "bitcoin cash" və "bitcoin gold" kimi 2 bölmənin yaranmasına gətirib çıxarıb. 

2) Yüksək məbləğdə komisyon haqqı -  2017-ci ilin əvvəlinə qədər "bitcoin"də hər tranzaksiya 1 dollardan baha deyildi. Hazırda isə bu rəqəm tələbin artması ilə əlaqədar 25 dollara çatıb. Müqayisə üçün qeyd edək ki, "Ripple"da komisyon haqqı 0,01 dollardan aşağıdır. 

3) Normativ tənzimləmənin sərtləşdirilməsi - Ötən il 20 dəfə bahalaşan "bitcoin"in qiymətinin tənzimlənməsinə ehtiyac yaranıb. Cənubi Koreya və Hindistan kimi ölkələr ona qarşı sərt qadağalar tətbiq edəcəklərini bildiriblər. Bu çağırışlara Çin hökuməti də qatılıb. Analitiklər, mərkəzi bankların kriptovalyuta bazarına nəzarət etmək istəməsi fonunda qiymətlərin kəskin azalmasına gətirib-çıxara biləcəyini düşünürlər.

4) Maynerlər üçün yaranan problemlər. - Çin hökuməti maynerlərlə mübarizə aparacağını açıqlayıb. Qeyd edək ki, dünyadakı kriptovalyuta maynerlərinin 60%-i bu ölkədə yerləşir. Belə bir qadağa tətbiq edilərsə, kriptovalyuta bazarında xaos yarana bilər.

5) Anonimliyin itməsi - Əvvəllər "bitcoin"in cəlbedici xüsusiyyəti onun anonimliyi idisə, hazırda vergi idarələri və tənzimləyici orqanlar treyderlərə təzyiq edərək, onlardan bütün məlumatları tələb edirlər. Bu da "bitcoin"ə tələbi xeyli azalda bilər. "Bitcoin" gələcəkdə yerini "Ripple", "Dash" və "NEM"ə verə bilər. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti