BP neftin 55 dollara qədər ucuzlaşacağını proqnozlaşdırır

23-01-2018, 15:19
Oxunub: 117
Bunu şirkətin prezidenti Robert Dadli Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda deyib


Neft-qaz nəhəngi "British Petroleum" (BP) şirkəti neftin cari 69 dollar/barrel qiymətini yüksək hesab edir və bu göstəricinin 55-60 dollar/barelə düşəcəyini proqnozlaşdırır. 

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu şirkətin prezidenti Robert Dadli (Robert Dudley) Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda deyib.

Qeyd edək ki, o, 1 il bundan əvvəl "Bloomberg" agentliyinə verdiyi müsahibədə neftin qiymətinin yaxın 2 il ərzində 55-60 dollar təşkil edəcəyini bildirmişdi. O vaxt qiymət 55 dollar/barel idi.

Xatırladaq ki, BP 1909-cu ildə yaradılıb və hazırda dünyanın 6 ən iri neft-qaz şirkətindən biridir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti