Alyaska yaxınlığında 8,2 bal gücündə zəlzələ olub

23-01-2018, 15:05
Oxunub: 96
Zəlzələdən sonra rəsmilər sunami riskinə qarşı bölgədə yaşayan əhaliyə xəbərdarlıq ediblər


Sakit okeanda, ABŞ-ın Alyaska ştatı yaxınlığında 8,2 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Alyaskanın Kadyak şəhərindən 278 km cənub-şərqdə yerləşir. Zərər çəkənlər barədə hələlik məlumat yoxdur.

Zəlzələdən sonra rəsmilər sunami riskinə qarşı bölgədə yaşayan əhaliyə xəbərdarlıq ediblər.

Qeyd edək ki, 1964-cü ildə Alyaskada baş verın 9,2 ballıq zəlzələdən sonra sunami yaranıb. 67 metrə qədər yüksələn dalğalar 139 nəfərin ölümünə səbəb olub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti