IMF kriptovalyuta riskləri ilə bağlı xəbərdarlıq edib

23-01-2018, 13:35
Oxunub: 75
IMF "bitcoin" də daxil heç bir kriptovalyuta ilə bağlı şərh vermir


Beynəlxalq Valyuta Fondu (IMF) nəzarətedici orqanlara kriptovalyutaların riskləri ilə bağlı xəbərdarlıq edib. 

Report "Rambler News Service" agentliyinə istyiandən xəbər verir ki, bu barədə IMF-in Araşdırmalar Departamentinin direktoru və iqtisadi müşaviri Moris Obstfeld (Maurice Obstfeld), Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.

"Blokçeyn texnologiyasında ödəniş sisteminin effektivliyi və inklyuzivliyi baxımından potensial üstünlüklər görürük, bu maraqlı inkişaf edən istiqamətdir. Həmçinin görürük ki, kriptovalyutalar risklər daşıyır. Tənzimləyicilər, bu risklərin reallaşmaması üçün tədbirlər görməlidirlər", - o qeyd edib. 

M.Obstfeldin sözlərinə görə, IMF "bitcoin" də daxil heç bir kriptovalyuta ilə bağlı şərh vermir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti