Borxes: "İsa Məsih arqumentlərlə danışmazdı" (MÜSAHİBƏ/1976)

23-01-2018, 12:00
Oxunub: 1246
"Fəlsəfi məzmun qətiyyətli nəticə istəyir. Yazıçı isə hekayələr yaradır"


1976-cı il, aprelin 14-də fəlsəfə və ədəbiyyat redaktorları Denis Dutton və Maykl Palensia Miçiqan Dövlət Universitetində Xorxe Luis Borxesdən müsahibə alıb.

Etatist.com
həmin müsahibəni öz oxucuları üçün təqdim edir:

Denis Dutton: Nə üçün bizə sizin yaradıcılığınza təsir edən, maraqlandığınız filosoflar haqqında danışmırsınız?
Borxes: Bəli, bu haqda danışmaq olar. İki filosofu qeyd edərdim, Berkli və Şopenhauer. Ancaq düşünürəm ki, Berklinin fikirlərini təkzib etsə də, Yum da yaradıcılığıma təsir edib. Ancaq o, Berklini təkzib edirsə, Berkli də Lokkun fikirlərini təkzib edir. Fəlsəfədə belədir, əgər arqument varsa, fikirlər təkzib oluna bilər.

Maykl Pelansiya: Şopenhauer haqqında nə düşünürsünüz?
Borxes: Şopenhauer Yumdan çox fərqlidir. Şopenhauerin ideyası iradə fəlsəfəsi idi. Yum belə düşünmür, onun ideyası fərqlidir.  Berkli isə Tanrının eyni anda bütün fərqli yerlərdə ola biləcəyini nəzərdə tutur. Məsələn, əgər biz bu otağı tərk etsək, otaq yox olacaqmı? Xeyr, çünki Tanrı hər şeyi nəzərə alıb.
İndi mən Şopenhauerin “Dünya -  iradə və təsəvvür” kitabını təkrar oxuyuram, təsirlənir, çaşqınlığa düşür və təəccüblənirəm. Bəzən o, diqqətini itirsə də, sonradan fikrini toplayır, o, çox ehtiyatlı qışa bənzəyir. Şopenhauerin kitabı belə başlayır. Bütün planetlər, ulduzlar, kainat kənarda deyil, sadəcə beynimizdə mövcuddur. Mən çox təəccübləndim, filosof olmasam da, bunu izah edə bilmərəm. Kainat, dünya sadəcə beyin fenomenidir. Əgər siz kainatı ayrıca düşünsəniz, beynin də dünyanın ayrıca, xarici bir hissəsi olduğunu düşünəcəksiniz. Ancaq bütün görüntülər, müşahidələr düşüncə sistemidir. O, iddia edir ki, hər şey beynimizdə baş verir. Berkli və ya Yum şüur, ağıl haqqında bu cür düşünmürlər.

Denis Dutton: İnsanlar “Orbis Teritus” kimi hekayələrinizdə Berklini xatırlayırlar.
Borxes: Güman edirəm ki, onlar haqlıdırlar, bu hekayənin ədəbi yaradıcılığıma böyük təsir var.

Denis Dutton: Hekayələrinizdə ədəbi üsulla fəlsəfəsi təsiri necə fərqləndirirsiniz? Bunu izah edə bilərsinizmi?
Borxes: Bəli, açıqlaya bilərəm. Ensiklopediyaları mütaliə etmək mənim üçün vacib idi. Mən ensiklopediyalarla maraqlanırdım. Buenos-Ayresdəki Milli Kitabxanaya getdiyim zamanlar utancaq olduğum üçün kitaxanaçıdan kitabların surətini istəyə və nəsə soruşa bilmirdim. Britannika ensiklopediyaları üçün rəflərə baxırdım. Əlbəttə, sonralar mənim evimdə bu kitab var idi. Həcmindən aslı olmayaraq, bu kitabları əldə etməli, oxumalıydım. Bir gecə mən böyük mükafat qazandım. Çünki Drusesi (Yaxın Şərqdə İmsaili dini icması) Druidsi (Uels, İrlandiya və Şotlandiyada ali dini rütbə) haqqında öyrənmiş və Draydeni oxumuşdum. Bu, bir xəzinə oxuna bənzəyir.
Daha sonra mən düşündüm ki, dünyadakı hər şeyin biri-birinə bağlı olduğu düşüncəsini əks etdirən xəyali bir dünyanın varlığı necə möhtəşəm olardı. Məsələn, bir dil, sonra bu dillə yaradılan ədəbiyyat, tarix və s. Sonra fikirləşdim ki, mən təxəyyül dünyasının hekayəsini yazıram. Əlbəttə ki, bunu yaratmaq, müxtəlif müzakirələri təşkil etmək üçün müxəlif adamlara, memarlara, yazıçılara, tarixçilərə, mühəndislərə, filosoflara ehtiyac var. Təxəyyülümüzdə adlar uydurmaqla bunu yarada bilmərik. Sonra mən düşündüm ki, dünya nəyə görə Berklinin ideyalarına əsaslanmır?

Denis Dutton: Dekartın həssaslığı əvəzində Berklinin ümumi dünyası?
Borxes: Bəli, elədir. Sonra mən "Tlön, Uqbar, Orbis Tertius" adlı bir hekayə yazdım. Burada hər şey idealizm nəzəriyyəsinə əsaslanır, əşyalar, adlar yoxdur, sadəcə hadisələr və fellər var.

Laurence I. Berkove: "Tlön" sizin hekayələriniz arasında uğurlu bir hekayədir. Ancaq hekayə başa çatdıqda oxucu sizin fikirlərinizi  tətbiq etməyə davam edir.
Borxes: Bəli, lakin mən bundan narahatam, çünki həqiqi bir düşüncə adamı deyiləm. Filosofların ideyalarından ədəbi yaradıcılığımda istifadə edirəm, güman edirəm ki, mənim düşündüyümü Berkli, Yum, Şopenhauer, Mautner edə bilərlər.

Maykl Pelansia: Siz fikir adamı olmadığınızı deyirsiniz.
Borxes: Xeyr, mən əslində deməliydim ki, fərdi fəlsəfə sistemim yoxdur. Mən ədəbiyyatla məşğulam. Nümunə kimi deyə bilərəm ki, Dante poeziya üçün ilahiyyatdan, həmçinin Milton öz poeziyası üçün ilahiyyatdan istifadə etmişdi, mən də istəyirəm ədəbiyyatda idealist fəlsəfəyə əsaslanan hekayələr yazım, olmazmı?

Borxes: "İsa Məsih arqumentlərlə danışmazdı" (MÜSAHİBƏ/1976)

Maylk Pelansia: Siz fəlsəfi fikirlərlə heyranlıq, çaşqınlıq yaradırsınız.

Borxes: Bəli, əlbəttə, mən fəlsəfi mənbələrdən təsirləndiyimi düşünürəm. Siz mənim əsərlərimi oxuyanda mütləq şübhəyə cavab verə biləcək bir rəmz görəcəksiniz. Bu heyrətdir. Bu heyrət möcüzəvi dünyanın bir rəmzidir.

Denis Dutton: Ancaq filosoflar təəccüb yox, konkret cavablar, sistemlər istəyirlər.
Borxes: Bəli, onlar haqlıdırlar. Ancaq konkret sistem tapmaq çətindir, sistem üçün edilən axtarışlar isə maraqlıdır.

Maykl Palensia: Siz əsərlərinizdə hər hansı bir fəlsəfi sistemə çağırış edirsiniz?
Borxes: Xeyr, mənim belə bir iddiam yoxdur. Mənim yaradıcılığımda elmi fantastika yoxdur, daha çox xəyali və fəlsəfi qəhrəmanlar var. Çox qəribədir ki, bu gün bir çox insan, bir çox tənqidçi  solipsist yazarları  bəyənmir. Mən solipsizmin lehinə yazılan bir kitab görmədim. Sizin nə demək istədiyinizi bilirəm. Nəyə görə xəyalpərəstlik ifadə edən kitablar yazırsınıız, xəyalpərəst biri öz arzularını əks etdirən kitab yaza bilməzmi?

Denis Dutton: Rassel bir dəfə bütün solipsistləri bir araya toplayıb birlik yaratmağı təklif etmişdi.
Borxes: Bəli, o, solipsizm haqqında çox ağıllı yazmışdı. Bredli, onun "Görünüş və Həqiqət" fikrindən təsirlənmişdi. Mən italyan yazıçının Solipsizm adlı kitabını oxuyuram. O, bütün sistemin bu dönəmdəki axmaqlığını, eqoistliyini göstərir, ancaq mən solipsizmi bu şəkildə nəzərdə tutmamışdım.

Maykl: Kənarda dayanan yoxsa qaçınılmaz?
Borxes: Mən düşünrəm ki, heç kəs bu ideyaya inanmadığı zamandan bu qaçınılmazlıq məntiqli qərardır. Yum hesab edir ki, Berklinin arqumentləri dəqiq deyil. Onun arqumentləri  təkzibetməyə əsaslanmır və mühakimə yaratmır. Solipsizm rədd etməyə icazə vermir və mühakiməyə səbəb olmur.

Denis Dutton: Sizcə, fəlsəfədə mübahisə yaradan hər hansı bir fəlsəfi fikri hekayə janrında daha uğurlu şəkildə təmsil etmək olarmı?
Borxes: Bu haqda heç düşünməmişdim, ancaq sən haqlısan. Əgər səhv etmirəmsə, Bernard Şou demişdi ki, insanlar arqumentlərə inanmırlar. Yox, deyəsən, Emerson demişdi. O, hesab edir ki, insanlar arqumentlərə inanmırlar. Hansısa arqumentlərlə Tanrının varlığını isbat etmək olarmı? Əhvalatlar, məsəllər inandırıcı olurmu? İsa Məsih heç zaman arqumentlərlə danışmazdı, o, metaforalardan, təəccüb yaradacaq cümlələrdən istifadə edərdi. Məsələn, İsa heç zaman demirdi ki, mən sülh yox, müharibə gətirmişəm, sülh yox, qılınc gətirmişəm. Bu səbəbə görə də mən düşünürəm ki, əgər Bleyk xristiandırsa o, ağıllı olmaqla yanaşı məsəllərdən, bədii sözlərdən də istifadə etməlidir.

Denis Dutton: Bəs ədəbi istiqamət və fəlsəfə ümumi ortaq məzmun daşıya bilərmi?
Borxes: Fəlsəfi məzmun qətiyyətli nəticə istəyir. Yazıçı isə hekayələr yaradır.

Maykl: Hekayədə fəlsəfi qətiyyəti əks etdirmək olarmı?
Borxes: Bu, mümkündür. Əlbəttə, məsəllər əsasında ola bilər. Hesket Personun Oskar Uayld haqqında yazdığı bioqrafiyada azad iradə və alın yazısı, tale haqqında böyük bir müzakirə var. O, hekayələrinin birində bu suala cavab verir. Ancaq tam mənada əks etdirə bilmir. Dikkens yazır ki,  ezackar bir məhəllədə əşyalar, sancaqlar, dırnaqlar yaşayır. Bu məhəllə gecikdirilmədən ziyarət olunmalıdır. Gördüyünüz kimi, Uayld demək istəyir ki, biz azad insanlarıq, ancaq əlbəttə ki, bu, həqiqət deyil.
Hər hansı bir fikri aydınlaşdırmaq istəyirəmsə, mən hekayələr yazır, əhvalatlar yaradıram. Yazdıqca yeni ideyalarım yaranır.

Tərcümə: Nicat Həşimzadə
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti