Azərbaycan Güləş Federasiyasında yeni təyinat olub

23-01-2018, 11:55
Oxunub: 65
Qarşıda duran məqsədlər və hədəflərdən danışılıb


Azərbaycan Güləş Federasiyasında (AGF) milli və beynəlxalq dərəcəli hakimlərlə görüş keçirilib. 

Report-un məumatına görə, federasiyanın I vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə güləş hakimlərinin bugünkü səviyyəsindən, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb. 

F.Umudov Slovakiyanın Samorin şəhərində keçirilən I-S kateqoriyalı hakimlərin seminarında imtahan verərək dərəcələrini təsdiqlədən hakimləri təbrik edib. O bildirib ki, hazırda Olimpiya Oyunlarını idarə etmək hüququna malik 2 nəfər I-S, 3 nəfər I, 7 nəfər II, 8 nəfər isə III dərəcəli beynəlxalq kateqoriyalı hakim var. 

Federasiya rəsmisinin fikrincə, say və kateqoriya daha yüksək ola bilər: "Bunun üçün hər bir milli və beynəlxalq dərəcəli hakim öz üzərində çalışmalı, nəzəri və praktiki biliklərini artırmalı və nizam-intizamlı olmalıdır. AGF rəhbərliyi tərəfindən güləşçilərlə yanaşı, hakimlərin hazırlığı, mütəmadi olaraq onların yerli və beynəlxalq seminarlarda iştirak etməsi də daim diqqət mərkəzində olub, bundan sonra da belə davam edəcək". 

Görüşdə, həmçinin, AGF Hakimlər Kollegiyasına sədr təyinatı da elan edilib. Bu vəzifə beynəlxalq dərəcəli hakim Qərib Əliyevə həvalə olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti