“Böyük Dəbilqə” yarışlarına qatılacaq Azərbaycan cüdoçularının adları açıqlanıb

23-01-2018, 11:50
Oxunub: 45
Düsseldorfakı isə 23 – 25 fevralda keçiriləcək


Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində “Böyük Dəbilqə” yarışlarında iştirak edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından Report-a verilən məlumata görə, mötəbər turnirlərdə ölkəni 11 cüdoçu təmsil edəcək. Kişilərin mübarizəsinə Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Əbdülhəqq Rəslullu (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), qadınlardan isə Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) qatılacaq.

Qeyd edək ki, milli komanda hazırda baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasında hazırlaşırlar. Parisdəki yarış 10 – 11 fevralda, Düsseldorfakı isə 23 – 25 fevralda keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti