Qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalması gözlənilir

23-01-2018, 11:19
Oxunub: 70
2019-cu ildə işsizliyin səviyyəsi ümumilikdə dəyişməyəcək


2018-ci ildə qlobal işsizliyin səviyyəsinin son 3 ildə ilk dəfə azalaraq 5,5%-ə düşməsi gözlənilir. 

Report xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatında bildirilir. 

Sənədə əsasən, 2017-ci ildə dünyada əmək qabiliyyətli əhalinin 5,6%-i və yaxud 192,7 mln. nəfəri işsiz olub. Bu, 2016-cı illə müqayisədə 2,6 mln. nəfər çoxdur. 

"Əmək bazarına daxil olan insanların sayı artdığı üçün 2018-ci ildə işsizlərin ümumi sayı sabit qalacaq və 192 mln. nəfərdən çox təşkil edəcək. 2019-cu ildə işsizliyin səviyyəsi ümumilikdə dəyişməyəcək, lakin 1,3 mln. nəfər artacaq", - hesabatda qeyd edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti