Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları təlimlərə başlayıb

23-01-2018, 11:10
Oxunub: 51
Marketinqi sahəsində ixtisaslaşıb


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində üç həftəlik təlimlərə başlanılıb. 

Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Report-a verilən məlumata görə, Avropa İttifaqının Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimin məqsədi qida təhlükəsizliyi sahəsində institusional potensialın gücləndirilməsinə, qida zəncirinə nəzarət sahələrində beynəlxaq təcrübənin öyrənilməsinə yönəlib.

Təlim başlamazdan əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli layihə çərçivəsində təlim keçəcək nümayəndə heyətini qəbul edib. Daha sonra layihə rəhbəri İan Goulding (Yan Quildinq) və təlimçi Alida Mahmudova qida təhlükəsizliyi ilə bağlı təcrübələrini agentliyin əməkdaşları ilə bölüşüblər. Layihə rəhbəri Yan Quildinq qida mühəndisliyi və marketinqi sahəsində ixtisaslaşıb.

Təlimdə agentliyin “Təftiş və dövlət nəzarəti”, “Risklərin idarə olunması”, “Sertifikatlaşdırma və qeydiyyat”, “Kommunikasiya və informasiya texnologiyaları” şöbələrinin rəhbərləri və əməkdaşları iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti