Moskvada Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq

22-01-2018, 18:42
Oxunub: 118
Konsertdə incəsənətşünas Rauf Fərhadov aparıcılıq edəcək


Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə fevralın 1-də Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında konsert keçiriləcək.

Report-un Rusiya bürosunun məlumatına görə, konsert Rusiya və Azərbaycanın mədəniyyət nazirlikləri tərəfindən təşkil ediləcək.

İki hissədən ibarət olacaq konsertdə incəsənətşünas Rauf Fərhadov aparıcılıq edəcək.

Konsert gecəsində qonaqlara Q.Qarayevin bir neçə əsəri, o cümlədən fortepiano üçün məşhur prelüdiyalar və "Yeddi gözəl" baletindən seçmələr təqdim ediləcək. Musiqiləri Yelena Reviç (skripka), Olqa Domnina (fortepiano) və Yevgeni Astafurov (bariton) ifa edəcəklər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti