“Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməkdə haqlıdır”

22-01-2018, 17:20
Oxunub: 42
"Rəsmi London Afrindəki prosesləri, əməliyyatların gedişini yaxından izləyir"


 “Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün addımlar atmaqda haqlıdır”.

Report “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi London Afrindəki prosesləri, əməliyyatların gedişini yaxından izləyir: “Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməkdə haqlıdır. Zorakılığı azaltmaq və ən əsas hədəfi-Suriyada Əsəd rejiminin başa çatdırılması üçün həyata keçirilən siyasi prosesi dəstəkləyirik”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti