Serj Sarqsyan Fransada işgüzar səfərdədir

22-01-2018, 16:20
Oxunub: 93
Sarqsyan yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək


Ermənistan prezdenti Serj Sarqsyan Fransaya işgüzar səfərə gedib.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Fransa Senatın sədri Jerar Larşe, parlamentin aşağı palatası olan Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.

S.Sarqsyan yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Qeyd edək ki, S.Sarqsyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti