SOCAR qazma işlərini 31% artırıb

22-01-2018, 15:57
Oxunub: 48
İl ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilib


SOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını sabitləşdirib.

SOCAR-dan Etatist.com-a verilən məlumata görə, il ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.

Bu sahədə görülmüş işlərin 93 %-i istismara, 7 %-i kəşfiyyata aid olub. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib.

2017-ci ildə SOCAR üzrə hasilat 7,4 mln. ton neft, 6,1 mlrd. kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti