OPEC+ anlaşmasına ötən il 107% əməl olunub

22-01-2018, 14:42
Oxunub: 131
Dekabr ayında OPEC+ anlaşmasına rekord səviyyədə - 129% əməl olunub


OPEC+ ölkələri 2017-ci ildə öhdəliklərinə 107% əməl edib. 

Report RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Omanda keçirilən OPEC+ nazirlər komitəsinin monitorinq iclasında bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, dekabr ayında OPEC+ anlaşmasına rekord səviyyədə - 129% əməl olunub. Rusiyanın energetika naziri Aleksandr Novak ölkəsinin anlaşmaya 100%-dən bir qədər artıq əməl etdiyini bildirib. Nazir həmçinin anlaşmanın dayandırılması durumunda Rusiyanın hasilatı tədricən artıra biləcəyini vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti