Mark Avreli: İnsan təbiəti və işləmək

22-01-2018, 14:06
Oxunub: 596
Həyatımız xidmət etmək üçün mövcuddur


Təxminən 2000 il bundan öncə işləmək bir çox insan üçün məqsəd və yaxud  həyatın mənası yox, yalnız yaşamaq üçün pul qazanmağın bir yolu idi. Bu zaman stoaçı filosof Mark Avreli günə məntiqli şəkildə necə başlanmalı və həyatın məna dolu necə yaşanmalı olduğu barədə yazırdı.

Gün çıxanda çarpayıdan qalxmaq sizə çətin gəlirsə, öz-özünüzə bunu deyin: Bir insan kimi işə getməliyəm. Əgər etmək üçün dünyaya gəldiyim şeyləri edirəmsə, onda niyə şikayətlənməliyəm? Bəs mən bunun üçünmü dünyaya gəldim? Yorğanların altına gizlənib isinmək üçün?!
                                     

Mark Avreli: İnsan təbiəti və işləmək

Yataqda qalmağın daha yaxşı hiss etdirdiyi barədə zehnin təbii yönləndirməsi ilə bağlı isə bunları deyir: "Bir şeylər edib təcrübə əldə etmək əvəzinə, özünü yaxşı hiss etmək üçünmü doğulduğunu düşünürsən? Bitkilərin, quşların, qarışqaların, hörümçəklərin, arıların öz işlərini görüb dünyanı tənzimlədiklərinin, əllərindən gələnin ən yaxşısını etdiklərinin fərqində deyilsənmi? Sən isə deməli, bir insan olaraq öz işini etməkdə könülsüzsən? Niyə öz təbiətinin tələb etdiyi şeyin yolu ilə getmirsən?"

Onun fikrincə, həyatımız xidmət etmək üçün mövcuddur. Başqalarına kömək etmək və dünyaya nələrsə bəxş etmək üçün. Bu məqsədə ən kiçik etiraz belə insan təbiətini rədd etmək və özünü sevmək  mövzusunda uğursuz olmaq deməkdir. "Özünü kifayət qədər sevmirsən. Sevsəydin, öz təbiətini də, təbiətinin tələb etdiklərini də sevərdin."
                                       Müəllif: Mariya Popova
Tərcümə: Günay Quliyeva
Mənbə: "Brainpickings"
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti