Növbəti günlərdə hava şəraiti sabit keçəcək

22-01-2018, 11:54
Oxunub: 130
Havanın temperaturunun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir


Azərbaycan ərazisində növbəti iki-üç gündə, yanvarın 25-dək müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a açıqlamasında bildirib ki, növbəti günlərdə hava şəraiti sabit keçəcək: “Hava şəraiti mülayim və əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun tədricən 2-3 dərəcə yüksələcəyi gözlənilir. Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti