Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

21-01-2018, 16:45
Oxunub: 369
"Fransa Quta, İdlib və Afrində vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edir"


Fransa Suriyada vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Fransa XİN rəhbəri "Twitter" sosial şəbəkəsində yazıb ki, Fransa Quta, İdlib və Afrində vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edir.

Qeyd edək ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti