Suriya XİN Türkiyənin Afrindəki əməliyyatını pisləyib

21-01-2018, 11:19
Oxunub: 213
Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib


“Suriya Ərəb Respublikası ölkənin ayrılmaz hissəsi olan Afrin bölgəsinə qarşı Türkiyənin qəddar təcavüzünü qəti şəkildə pisləyir və onun dərhal dayandırılması  üçün beynəlxalq ictimaiyyəti lazımi tədbirlər görməyə çağırır”.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in bəyanatında bildirilir.  

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Əməliyyat çərçivəsində Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti