"Afrində rusiyalı hərbçilərin təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb"

20-01-2018, 20:01
Oxunub: 341
Hərbçilər Təl-Əcər rayonuna köçürülüb


Rusiyanın Suriyadakı hərbi qruplaşmasının komandanlığı Afrində rusiyalı hərbçilərin təhlükəsizliyi ilə bağlı tədbirlər görüb.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hərbçilər Təl-Əcər rayonuna köçürülüb.

Qeyd edək ki, Rusiya XİN Türkiyə Silahlı Qüvvələrinin Afrindəki hərbi əməliyyatı ilə bağlı bəyanat yayıb.

“Rəsmi Moskva Suriyanın Afrin bölgəsində Türkiyə ordusu tərəfindən başlanan hərbi əməliyyata görə narahatlıq keçirir, vəziyyəti diqqətlə izləyir”, - deyə bəyanatda bildirilir.

Nazirlikdə bildiriblər ki, Rusiya hərbçilərin Suriyada əsas məqsədi atəşkəsin təmin edilməsidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti