"S&P" bu il neftin qiymətinə dair proqnozunu 5 dollar artırıb

20-01-2018, 17:41
Oxunub: 261
Agentlik "WTI" markalı neftin qiyməti üçün proqnozunu isə 50 dollar/bareldən 55 dollar/barelə çatdırıb.


"Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi 2018-ci ildə "Brent" markalı neftin qiymətinə dair proqnozunu 5 dollar/barel artıraraq 60 dollar/barelə çatdırıb. 

Report xəbər verir ki, agentlik "WTI" markalı neftin qiyməti üçün proqnozunu isə 50 dollar/bareldən 55 dollar/barelə çatdırıb.

"S&P" bəyan edib ki, bu ilin I yarısında qlobal neft bazarında təklif əsasən tələbə uyğun olacaq. Bununla yanaşı agentliyin analitikləri bildirib ki, neftin çatdırılmasında yarana biləcək mümkün problemlər qısamüddətli perspektivdə qiymətləri artıracaq. 

Qeyd edək ki, agentlik 2019-2020-ci illər üçün "Brent" markalı neftin orta qiyməti üçün proqnozunu dəyişməyərək 55 dollar/barel səviyyəsində saxlayıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti